İkinci dəfə boşanan Sevda: Uşaqları silah kimi istifadə etmərəm - VİDEO

13:00 20-06-2019 1033

İki aydır ki, həyat yoldaşım Cəmildən rəsmi şəkildə ayrılmışam. Lazım gəldikdə, uşaqlarımın atası gəlib onlara baş çəkə bilər. Uşaqları silah kimi istifadə edən analardan deyiləm. 

HerGun.Az xəbər verir ki, bu sözləri Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişində tanınmış müğənni Sevda Sanaliyeva qonaq olarkən dilə gətirib.

Sənətçi əslində iki ay əvvəl rəsmən boşandığını açıqlayıb: 

“Xasiyyətimiz uyğun deyildi. Çox dözdüm, amma alınmadı. Bizim bir yerdə qalmağımız uşaqlarımıza da ziyan vururdu. Beş il ailəli oldum. İndi o illər ərzində xoşbəxt olmadığım qədər xoşbəxtəm.

Ayrılmağımızın bilinməyi məsləhət idi. Bu barədə danışmaq istəmirəm. Ailə həyatı haqqında danışmaq maraqsızdır. Heç kim boşanmaq üçün ailə qurmur. Xoşbəxt olmaq istəyirdik. Alınmadı, iki mədəni insan kimi ayrıldıq. Açıqlama verməyə məni məcbur edən səbəb var idi. Bilinməliydi ki, bu məsələyə nöqtə qoymuşam. Artıq rəsmi boşanmışıq. Tamamilə subayam”.

Qeyd edək ki, Sevdanın birinci nikahdan bir oğlu, Cəmillə nikahından isə bir qız övladı var. 

Rəşad Əliyev