AAYDA-da möhtəşəm dördlük- Tenderlərdə kim qalib olur,kim milyonçu olur..

10:57 01-08-2019 94

Biz əvvəllər də yazmışdıq ki, “Azəryolservis”ASC ölkədə başlayan antikorrupsiya tədbirlərini saya salmır. Bu qurumun rəhbərliyi maxinasiyalarını həyata keçirməkdə davam edir. Bakının və ölkənin yollarının çəkilişinə və orada baş verənlərə diqqət etməklə dəhşətli faktların şahidi ola bilərik. Saleh Məmmədov və ətrafının az zamanda ölkənin ən iri məmur-oliqarxlarından birinə çevrilməsi necə baş tutdu? 


Bu haqda çox yazılıb. Faktiki olaraq adamlar dövlətçiliyə, milli maraqlara İlham Əliyev siyasətinə xidmət etmək əvəzinə, əksinə pul davası açırlar. 

Bu əsnada əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, Saleh Məmmədov və ətrafında cəmləşən üçlük yol manopoliyasını öz əllərinə keçirməklə,maxinatorluqla məşğuldurlar. Əgər belə olmasaydı Saleh Məmmədov, adi bir dövlət məmuru Avropada milyarlıq biznesə necə sahib ola bilərdi... Özü də bu xəbərlər mediada dərc olunanda sükunətlə qarşılayır. Bəs “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyində “tender kralları” kimlərdir? Tenderlərdən kimlər qazanır...?

Azerinfo. tv bildirir ki, bunlar Saleh Məmmədovun özünün də daxil olduğu möhtəşəm dördlükdür. Bu dördlüyə sədr özü, “Azəravtoyol” ASC-nin baş xəzinadarı Müseyib Həmzəyev, “Göyçay-ATF” MMC-nin direktoru Azad Muradov və Bakıdakı asfalt zavodlarından birinin direktoru Zabil adlı şəxsdir.
Bu adları çəkilən şəxslər heç də var-dövlət sarıdan Saleh Məmmədovdan geri qalan deyillər. Əvvəllər 9 il Dövlət Dəmir Yolları İdrəsinin mühasibi vəzifəsində çalışan Müseyib Həmzəyev maxinaorluqda tam bir peşəkardır. Qeyd olunur ki, 2006-2015-ci illər ərzində dövlət büdcəsindən dəmir yolu təsərrüfatına ayrılan 800 milyon manat Müseyib Həmzəyevin korrupsiya "sxem"i əsasında İdarənin Yükdaşıma, Sərnişindşıma Depertamentlərində, Vaqon Təmiri Depertamenti "əridilib". İndi də öz peşəkarlığını uğurla AAYDA-da davam etdirir. 

Azad Muradov Ziya Məmmədovun adamı kimi tanınıb. ATF şirkətinin direktorudur. Bu həmin şirkətdir ki, ötən il Göyçay çayının məcrasını 30 metr dərinləşdirməsi səbəbindən rayondakı körpü uçmuşdu. Dövlətə 3 milyondan çox zərər vurdu. Mətbuata körpünün uçmasının əsas baiskarı kimi də məhz ATF şirkətinin çayın məcrasında kor-təbii şəkildə çınqıl-beton zavodları inşa etməsi göstərildi. Belə ki, məhz qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işlərinə görə “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs olundu. Və rəhbərlikdə onu qardaşı əvəzlədi. Özü də uğurla. Bunca antireklamdan sonra bu il Ağsu şəhərində asfalt-beton işlərinin görülməsi üçün tender qalibi “ATF” MMC olub. Tender kralları zatən başqasını qalib etməzdilər. Azad Muradovun qardaşı oğlu Tehran Muradlı doğma Göyçayda yol idarəsinin rəisidir. Yad adama rayonu “təmir” etməyi etibar etmək olmaz. 

Qaldı bu dördlükdən sonuncusu. Yəni Zabil. Deyilənlərə görə Zabil müəllim çox imkanlı adamdır. Novxanıda yerləşən və dəyəri 3 milyon manat olan "RESTTİME NOVXANI” otelinə sahibdir. Hansı ki, bir müddət öncə ölkə mediasında bu otelin Müseyib Həmzəyevə məxsus olduğu iddia olunurdu. Həmçinin 320.000 manatlıq son model "S klass MERCEDES" –in sahibi də Zabil adlı manopolistdir. Dördlük məhz bu oteldə hər gün görüşür, işi planlaşdırır və əylənir, eyş-işrətlə məşğul olurlar. Bura onların qeyri-rəsmi iqamətgahlarıdır. 

Ardı var.