Benzin və dizelin bahalaşmasından sonra qiymət artımı müşahidə edilirmi? – VİDEO

20:20 28-01-2021 420

Azərbaycanda Aİ-92 avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri üzrə yeni tariflər 5 yanvardan etibarən qüvvədədir.

Nazirlik tərəfindən sahibkarlara xəbərdarlıqda bildirilirdi ki, tarif dəyişikliyindən sui-istifadəyə və əsassız qiymət artımına yol verilməməlidir və qanun pozuntusu aşkar edildiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək.

Eyni zamanda, nazirlikdən bildirilirdi ki, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsirini nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyalar da artırılacaq.

Azərbaycanın ilk biznes-xəbər kanalı ARB24-ün “İş vaxtı” verilişi çərçivəsində şəhər əhalisi arasında “son günlərdə qiymət artımını müşahidə etmisinizmi?” sualı ətrafında videosorğu aparılıb.

Videosorğunu təqdim edirik: