Məhəmməd Salah “Liverpul”da rekorda imza atıb

12:20 01-02-2021 374

“Liverpul” klubunun futbolçusu Məhəmməd Salah “Vest Hem”ə qarşı oyunda (3:1) dubl edərək “mersesaydlılar”ın tarixində yeni rekorda imza atıb.

Bu barədə “OptaJoe” “Twitter” səhifəsində məlumat verib.

Belə ki, misirli futbolçu bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə ümumilikdə 21 dəfə rəqib qapısına yol tapmağı bacarıb.

Qeyd edək ki, Məhəmməd Salah “Liverpul”da 2017-ci ildən çıxış edir.