Qubada toy karvanı qəzaya düşdü: yaralananlar var - ADLAR

15:45 01-08-2019 20

Quba rayonunda toy karvanı qəzaya düşüb.

HerGun.Az-ın bölgə müxbirinin xəbərinə görə, hadisə rayonun Qələdüz kəndi ərazisində qeydə alınıb. 

Toy karvanında gedən “Niva” markalı avtomobil qarşıdan gələn minik avtomobili ilə toqquşub. 

Nəticədə 6 nəfər xəsarət alıb. Onlar dərhal Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. 

Xəsarət alan şəxslər - Qubanın Üçgün kənd sakinləri 1966- cı il təvəllüdlü Qənbər Babayev, 1966-cı il təvəllüdlü Sahibə Babayeva, Küpçal kənd sakinləri Sənubər Səfərova, 1984-cü il təvəllüdlü Alim Qədirov, Qələdüz kənd sakinləri Təranə Əlixanova, 1992-cı il təvəllüdlü Əlimirzəyev Tərlandır. 

S.Babayeva ilkin tibbi yardımdan sonra evə buraxılıb. Digər 5 nəfərin müalicəsi Quba Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Tehran Orucoğlu