Səudiyyə Ərəbistanından xəbərdarlıq: Koronavirusun yeni dalğası

06:20 03-02-2021 340

Səudiyyə Ərəbistanının Səhiyyə naziri Tevfiq Əl-Rabiyə ölkədə koronavirusun yeni dalğası təhlükəsinin olduğunu bildirib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Onun sözlərinə görə, yeni dalğa təhlükəsi son günlər ölkədə yoluxanların sayının artması ilə əlaqədardır.

“Son günlərdə rayonların əksəriyyətində koronavirusa yoluxma mütəmadi və əhəmiyyətli şəkildə artır. Yoluxmada artım yanvarın ilk həftəsi ilə müqayisədə 200 faiz olub. Bunun əsas səbəblərindən biri insanların toplanmasıdır. Görüşlər və profilaktik tədbirlərə etinasızlıq davam edərsə, bizdə ikinci dalğa başlanacaq”, - deyə səhiyyə naziri bildirib.