Məşhur müğənni “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildi

19:36 01-08-2019 606

Prezident İlham Əliyev UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, 2019-cu il 30 iyun –10 iyul tarixlərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş bir qrup şəxs “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Təltif olunanların siyahısı aşağıdakı kimidir:

Babazadə Aygün Zeynal qızı

Bağırlı Araz Fikrət oğlu

Bayramov Rizvan Mustafa oğlu

Eyvazzadə Vasif Rasif oğlu

Əhmədov Əfsun Məzahir oğlu

Əliyeva Günay Sabir qızı

Xıdırov Ələkbər Şahmar oğlu

Pietro Laureano

Sami Yusuf.