Sabunçuda tanımadığı şəxslər 32 yaşlı kişini yaraladılar

01:18 02-08-2019 503

Sabunçu rayonunda orta yaşlı kişi bıçaqlanıb.

HerGun.Az xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsində baş verib.

1987-ci il təvəllüdlü Səfərov Vüsal Şakir oğlu tanımadığı şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb və təcili olaraq cərrahi əməliyyat edilib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu