Xırdalanda yolu keçən yeniyetməni avtomobil vurub

07:00 08-02-2021 321

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Avtomobil yolu keçən 2005-ci il təvəllüdlü İbadlı Cəmil Samir oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.