Kris Hemsvort bu dəfə depressiyalı Toru oynadı – VİDEO

06:00 02-08-2019 563

Amerikalı aktyor Kris Hemsvort “Qisasçılar.Final” filmində depressiyaya düşmüş Skandinaviya ilahisi Toru oynayıb.

Filmdə Tor daha çox divanda oturub pivə içdiyinə baxmayaraq, rol Hemsvorta elə də asan gəlməyib.

O, hər gün 30 kiloqram çəkidə xüsusi kostyum geyməyə məcbur olub. Aktyorun sözlərinə görə, kostyumun içində çox isti idi.

Daha kök görsənmək üçün Hemsvort yanaqlarının içinə xüsusi silikon da taxmağa məcbur olub.

Depressiyalı rola girmək üçün aktyor kədərli musiqilərə qulaq asıb.