Elizabet Teylorun məşhur yaşıl “Rolls-Royce”u hərraca çıxarılıb - FOTO

07:36 02-08-2019 874

Nyu-Yorkda Elizabet Teylora məxsus “Rolls-Royce” hərraca çıxarılıb.

TASS xəbər verir ki, avqustun 6-da hərraca satılacaq avtomobilin ilkin qiyməti $2 milyondur.

Dumanlı yaşıl rəngdə olan maşın üstü açılandır (kabriolet), qapılarında Teylorun və onun 4-cü həyat yoldaşı Edd Fişerin inisialları həkk olunub.  

“Rolls-Royce” 1960-cı ildə sifarişlə yığılıb. 1963-cü ildə “Kleopatra” filminin çəkilişlərində Teylor bu maşından istifadə edib.