Lvovda yanan tramvayı qarla söndürdülər – VİDEO

03:00 10-02-2021 350

Ukraynanın Lvov şəhərində tramvay vaqonunda yanğın baş verib.

Yerli TCH resursunun məlumatına əsasən, tramvay hərəkətdə olarkən alışıb yanmağa başlayıb. Sərnişinlər yanğınsöndürənləri gözləmədən hadisəyə müdaxilə edib, yanan nəqliyyat vasitəsini qarla söndürməyə çalışıblar.

Hadisənin şahidləri bildiriblər ki, sürücü və sərnişinlər yanan vaqonu vaxtında tərk ediblər. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Lvov nəqliyyat xidmətindən verilən açıqlamaya görə, hadisə tramvayın cihaz panelindəki qısaqapanma nəticəsində baş verib.