Qələmi beynindən çıxarıb pasiyentə hədiyyə etdilər – FOTO

08:00 10-02-2021 415

Rusiyalı həkimlər çox ağır əməliyyat keçiriblər. 

Onlar pasiyentin gözündən beyninə kimi gedən diyircəkli qələmi çıxarıblar.

Bu barədə “BAZA” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, qələm yaralının həyatı üçün vacib heç nəyə toxunmayıb, ən azından iri damarlar tam qalıb.

37 yaşlı şəxs əməliyyat edilib, hətta sonra qələmi özünə qaytarılıb.

O, istintaq təcridxanasında əsəb sarsıntısı zamanı özünə xəsarət yetirdiyini deyib.

Ancaq əməliyyatın uğurlu keçməsinə baxmayaraq, reanimasiyaya yerləşdirilən kişi bir müddət sonra vəfat edib.