İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış etdi - YENİLƏNİB + FOTO

17:20 11-02-2021 376

Fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib.

İclasın açılış sessiyasında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi və Azərbaycanın Energetika naziri Pərviz Şahbazov çıxış ediblər.

Konsorsium üzvləri tərəfindən Cənub Qaz Dəhlizinin tamamlanmasına dair hesabat təqdim olunduqdan sonra nazirlər və nümayəndə heyətlərinin rəhbərləri məruzə ediblər.

İclasda Azərbaycan da daxil olmaqla 18 ölkənin nazirləri və digər yüksək səviyyəli nümayəndələri iştirak edirlər. Tədbirə layihədə iştirak edən dünyanın 5 aparıcı beynəlxalq maliyyə qurumunun və 18 aparıcı şirkətinin rəhbərləri də qatılıb. Hazırda Məşvərət Şurası işini davam etdirir.

16:49