Təcavüz ittihamlarından sonra Merlin Mansonun mahnı satışları sürətlə artıb

02:20 12-02-2021 416

Bir neçə qadının təcavüz ittihamından sonra musiqiçi Merlin Mansonun mahnı satışları sürətlə artıb.

Bu barədə “Billboard” xəbər verir.

Bildirilir ki, Manson musiqisinin rəqəmsal satışları 40 faiz artıb. Son bir həftədə isə mahnıların ümumi strimi yeddi faiz artaraq altı milyona çatıb.

Xatırladaq ki, 10-dan artıq qadın musiqiçini fiziki və psixoloji istismarda ittiham edib. Bu barədə ilk söz açan “Westworld” serialının ulduzu Evan Reyçel Wud olub. Fevral ayının əvvəlində isə amerikalı müğənni Fibi Brices Mansonun evindəki “təcavüz otağı”ndan danışıb.