APOEL “Qarabağ”la oyunlar üçün heyətini açıqladı

13:45 03-08-2019 485

Kipr çempionu APOEL UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la oyunlar üçün iştirak ərizəsini açıqlayıb.

HerGun.Az xəbər verir ki, Nikosiya klubunun italiyalı baş məşqçisi Paolo Trametsani 25 futbolçuya güvənəcək.

Qapıçılar: Dimitris Priniotakis, Vid Belets, Boy Vaterman;

Müdafiəçilər: Savvas Qentsoğlu, Kevin Lafrans, Praksitelis Vuros, Yorqos Merkis, Nikolas İoannu, Vuyadin Saviç, Draqan Mixayloviç;

Yarımmüdafiəçilər: Lukas Souza, Tomas de Vinsenti, Musa Əl-Taamari, Uroş Matiç, Minas Antoniu, Andre Vidiqal, Andreas Makris, Lukas Kalociru, Paris Polikarpu, Efstatios Aloneftis, Antonio Yakoliş, Alef;

Hücumçular: Linus Halenius, Andriya Pavloviç, Roman Bezyak.

Qeyd edək ki, bu komandalar arasında ilk görüş avqustun 6-da 22 859 tamaşaçı tutumuma malik Nikosiyanın QSP stadionunda keçiriləcək.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Səbuhi Musayev