“Neftçi”nin yunan futbolçusudan gözəl jest: balaca fanatına qonaq getdi - FOTO

18:36 03-08-2019 1007

“Neftçi”nin yunanıstanlı oyunçusu Vangelis Platellas maraqlı jestlə diqqət mərkəzinə düşüb.

Klubun “Facebook” səhifəsi xəbər verir ki, yarımmüdafiəçi ona azarkeşlik edən azyaşlı fanatına imzalı forma hədiyyə edib.

Belə ki, “ağ-qaralar”ın Tula “Arsenal”ı ilə görüşündən əvvəl sosial şəbəkələrdə adi ağ köynəyin arxasına 11 rəqəmi və Platellas yazmış oğlan uşağının şəkilləri yayılmışdı.

Fotodan xəbərdar olan klub və futbolçu əvvəlcə sözügedən azyaşlı fanatı stadiona, “Arsenal”la oyuna dəvət edib, ardınca isə futbolçu onun evinə qonaq gedib.

Azyaşlı fanatına imzalı forma hədiyyə edən Platellas onunla və ailəsi ilə foto çəkdirib.