“Facebook” rebrendinqə hazırlaşır

21:54 03-08-2019 957

“Facebook” ona bağlı bəzi digər sosial şəbəkələrdə rebrendiqə hazırlaşır.

“The Information” xəbər verir ki, bundan sonra “WhatsApp” və “İnstagram”ın adlarının qarşısında “Facebookdan…” əlavə olunacaq.

Yeni adlar “Google Play Market” və “Apple Stroe” onlayn mağazalarında əlavə olunsa da, cihazların ekranında əvvəlki adları və loqolar istifadə olunacaq.

Mənbənin bildirdiyinə görə, “Facebook” bununla son günlər haqqında çıxan istifadəçilərin şəxsi məlumatlarının sızdırılması ilə bağlı skandallardan sonra reputasiyasını düzəltməyə çalışır.