Amerikalı kişi basketbolçu dopinq testində “hamilə çıxdı”

01:36 04-08-2019 653

“Monako” və “Panatinaikos”dakı karyerası ilə tanınan amerikalı basketbolçu DJ Kuper saxtakarlığa əl atdığı üçün diskvalifikasiya edilib.

“Basketball.com.tr” xəbər verir ki, antidopinq komissiyasına yoxlamaq üçün sidik nümunəsi verməli olan idmançı öz sidiyi əvəzinə sevgilsinin nümunəsini verib.

Ancaq basketbolçu gözləmədiyi nəticə ilə üz-üzə qalıb. Belə ki, yoxlamalar zamanı onun “hamilə olduğu” bəlli olub.

Ehtimala görə qadağan olunmuş maddələrdən istifadə etdiyi üçün cəzadan qaçmağa çalışan Kuper kuryoz vəziyyətdə “ilişib”.

Avropa Basketbol Assosiasiyası (FİBA) onu 2020-ci ilə kimi bütün yarışlardan kənarlaşdırıb.