Mənzillər bahalaşdı: Amma alıcılar da az deyil - VİDEO

14:20 10-03-2021 315

“Nur şəhəri”ndə mənzillər bahalaşıb. 

Baku TV xəbər verir ki, ölkənin dördüncü böyük şəhəri olan Mingəçevirdə əsasən bina evlərinin qiymətində artım müşahidə edilir. 

Şəhər sakinləri bildirir ki, ötən ilin bu vaxtı qiyməti 20-22 min manata olan bina evləri hazırda 28-30 min manata təklif edilir. 

Şəhərdə əsasən satışa çıxarılan evlər “Leninqrad” və “Xruşovka” layihəli bir və iki otaqlı mənzillərdir. İpoteka krediti ilə ev alanların sayının artması, bəzi ev satanların süni qiymət artımı etməsinə də səbəb olur. Daha çox bina evinə tələbat artdığından, şəraitli həyət evləri nisbətən ucuzlaşıb.

Ev-alqı satqısı ilə məşğul olanlar ay ərzində 3-4 ev satışı etsələr də, alıcının az olmadığını bildirdilər. Maklerlər bildirir ki, müştərilər daha çox şəhər mərkəzində ev almağa çalışır. 

Ətraflı süjeti təqdim edirik: