İki avtomobil toqquşdu: işıqfor aşdı

15:54 04-08-2019 530

Bakının Nizami rayonunda 2 minik avtomobili toqquşub, işıqfor aşıb.

HerGun.Az xəbər verir ki, hadisə metronun Neftçilər stansiyasının yaxınlığında, Bəkir Çobanzadə və Rüstəm Rüstəmov küçələrinin kəsişməsində baş verib. "Toyota Prado" markalı minik avtomobili ilə "Mercedes" markalı iritutumlu minik avtomobilləri toqquşub. Avtomobillərdən biri yol kənarındakı işıq dirəyini aşırıb.

Hadisənin təfərrüatı Nizami Rayon Polis İdarəsində araşdırılır.

Kamil Əmirli