60 yaşdan sonra cinsi əlaqə kişilər üçün təhlükəlidir

23:18 04-08-2019 580

60 yaşdan sonra cinsi əlaqə kişilər üçün təhlükəli, qadınlar üçün faydalıdır. 

HerGun.Az rus KİV-inə istinadən xəbər verir ki, bu barədə amerikalı alimlər bir sıra təcrübə və sorğulardan sonra məlumat yayıblar.

Təcrübədə yaşı 57-85 arasında dəyişən 2200 könüllü iştirak edib. Mütəxəssislər 5 illik təcrübənin nəticələrini açıqlayıblar. 

Məlum olub ki, 60 yaşdan sonra seks kişilər üçün təhlükəlidir. Cinsi əlaqə kişinin ürəyinə ziyan vurur və bu da müxtəlif xəstəliklərin yaranma riskini artırır. Bununla yanaşı, yaşlı qadınların ürək-damar sistemi üçün seks faydalıdır. Cinsi əlaqədə olan yaşlı qadınlarda infarkt riski 45% azalır.