Şahzadə Çarlz “Ceyms Bond” filmində

09:45 05-08-2019 585

Şahzadə Çarlz 25-ci “Ceyms Bond” filmində kiçik rol oynamaqla bağlı təklif alıb. 

Bununla bağlı “The Sun” nəşri məlumat yayıb. 

2018-ci ilin avqustunda rejissor Denni Boylun lahiyədən getməsi, eləcə də baş rol ifaçısı olan Daniel Kreyqin mayda ciddi zədə alması filmin yaradıcı heyətini çətin vəziyyətdə qoyub.

Məlumata görə, şahzadə Çarlz iyunda çəkiliş meydançasına gələrək şəxsən D.Kreyqlə görüşüb. Onun hansı rolu oynayacağı isə hələ gizli saxlanılır.

Şahzadə bu təklifi qəbul etsə, kral ailəsinin “Ceyms Bond” filmində rol alan ikinci üzvü olacaq. Belə ki, 2012-ci ildə Britaniya Kraliçası II Elizabet filmdə London Olimpiadasının yer aldığı səhnədə görüntülənib.