Yeni superavto 2.6 milyon avroya satılacaq – FOTO/VİDEO

08:00 20-03-2021 595

Uzun sürən reklam kampaniyasından sonra nəhayət ki, yeni “Pagani Huayra R” superavtomobili ictimaiyyətə təqdim olunub.

Motor.ru portalının məlumatına görə, polad, xrom, karbon, titan, plastik, poliamid materialların sintezindən hazırlanmış və 12 silindirli, 850 at gücünə malik atmosfer mühərriki ilə təchiz olunmuş avtomobilin qitməti 2.6 milyon avrodur.

Yeni “Huayra” 19 düymlük təkərlər vasitəsilə hərəkət edir. 1050 kq ağırlığındakı superkar 2.7 saniyəyə sürətini 100 km/saata çatdırır. Onun maksimal sürəti isə 350 km/saatdır.

Avtomobildən məhdud sayda – cəmi 30 ədəd istehsal olunacaq.