Azərbaycan hərbçiləri terrorçularla mübarizə təlimlərində iştirak edib - FOTO

21:20 26-03-2021 548

Azərbaycan hərbçiləri terrorla mübarizə və hava hücumu əməliyyatları üzrə Türkiyə Silahlı Qüvvələri tərəfindən təşkil olanan təlimlərdə iştirak edib.

Bu barədə qardaş ölkənin Müdafiə Nazirliyi özünün “Twitter” səhifəsində məlumat yayıb.  

“Terrorla Mübarizə Təhsil və Təlim Mərkəzinin rəhbərliyilə qəhrəman Azərbaycan Ordusu mənsubu olan qardaşlarımıza “Terrorçuyla mübarizə və hava hücumu hərəkatı” üzrə təlimlər keçilib”, - deyə məlumatda bildirilib.

Nazirlik təlimlərdən maraqlı fotolar da paylaşıb.