Türkiyədə koronavirusla bağlı son STATİSTİKA

01:40 31-03-2021 365

Türkiyədə son 24 saat ərzində 235 298 nəfərin COVID-19 testi yoxlanıb.

“Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 37 303 nəfər təşkil edib. 19 925 nəfər isə son sutka ərzində sağalıb.

155 nəfər koronavirus səbəbindən vəfat edib.

Hazırda ölkə xəstəxanalarında 2054 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.