Myanmada etirazçılar yeddi polisi öldürdü

05:40 04-04-2021 379

Myanmanın Tamu şəhərində ölkədə hərbi rejimə etiraz edən bir qrup sakin kustar üsullu hazırladıqları partlayıcı vasitələrlə polis məntəqəsinə hücum ediblər.

“Anadolu” agentliyi xəbər verir ki, hücum nəticəsində yeddi polis əməkdaşı həlak olub.

Hadisədən dərhal sonra hadisə yerinə gələn hərbiçilərlə yerli sakinlər arasında şiddətli toqquşma yaşanıb.

Xatırladaq ki, fevralın birində Myanmada dövlət çevrilişi olub, prezident və dövlət müşaviri saxlanılıb, ölkədə fövqəladə vəziyyət elan edilib.