Repçi R.Kelli yenidən seksual təcavüzdə ittiham olunur

06:54 06-08-2019 977

Minnesota ştatında prokurorluq məşhur ifaçı R.Kelliyə qarşı 2 yeni ittiham irəli sürüb.

TMZ yazır ki, prokurorlar 2001-ci ildə Minneapolisdə baş verən hadisəni qaldırıblar.

16-17 yaşlı qız rəpçidən aftoqraf istəyib, Kelli isə onu hotel nömrəsinə çağırıb, orada pul müqabilində soyunmaqı təklif edib və onunla cinsi əlaqəyə girib. Beləliklə, ifaçı yeniyetməni prostitusiyaya cəlb etməkdə və yetkinlik yaşına çatmamış qadınla cinsi əlaqəyə girməkdə ittiham olunur.

Bundan qabaq rəpçi artıq 20-yə yaxın seksual zorakılıq hadisələrində ittiham olunub. Kelliyə qarşı həmçinin uşaq pornoqrafiyasının yayılması və qadın alveri kimi ittihamları da səslənilib.