Sumqayıtda həkim baş həkimi bıçaqladı

09:36 06-08-2019 541

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Sumqayıt şəhərinin 1-ci mikrorayonunda yerləşən “Sum Modern Dental Clinic”də qeydə alınıb. 

Belə ki, orada həkim işləyən Pərviz İbrahimovla klinikanın baş həkimi Şahin Baxşəliyev arasında düşən mübahisə sonda qanla nəticələnib. P.İbrahimov baş həkimin otağına gələrək onun qarın boşluğuna çox sayda bıçaq zərbələri endirib. Ş.Baxşəliyev aldığı xəsarətlər nəticəsində çoxlu qan itirib. Onun Sumqayıtda “Şəfqət” klinikasında əməliyyat olunduğu və vəziyyətinin ağır olduğu bildirilir.

P.İbrahimov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.