Supermen komiksinin ilk nəşri rekord qitmətə satılıb

03:40 09-04-2021 290

Supermen komiksinin ilk nəşrinin nadir nüsxələrindən biri rekord qiymətə satılıb.

Bu barədə CNBC məlumat yayıb.

Supermenin debüt etdiyi “Action Comics” nəşri şəxsi onlayn hərrac yolu ilə 3.25 milyon dollara alıcı tapıb. Satıcının bu nəşri 2018-ci ildə 2 milyon dollara əldə etdiyi bildirilib.

Komiks 1938-ci ildə işıq üzü görüb. Burada superqəhrəmanın mənşəyi barədə də məlumat verilir.

Vaxtilə yüzminlərlə nüsxədə nəşr olunmuş komiksin, indi təxminən yüz nümunəsi qalıb.