Fransada ağxalatlı oğrular COVID xəstəsini qarət etdilər

03:40 10-04-2021 354

Parisin ətraf qəsəbələrinin birində qeyri-adi soyğunçuluq hadisəsi baş verib.

“Le Parisien” nəşrinin məlumatına görə, özünü təcrid etmiş koronavirus xəstəsinin evinə basqın nəticəsində, 300 milyon avro dəyərində zinət əşyaları oğurlanıb.

Maraqlısı isə odur ki, qarətçilər ağ xalat geyinib, özlərini xəstəyə baş çəkməyə gələn tibbi personal kimi təqdim etməklə evə daxil ola biliblər.

Hazırda hüquq-mühafizə orqanları cinayətkarların şəxsiyyətlərini müəyyənləşdirməyə çalışır.