5400 sakinin istifadə etdiyi körpü: dayaqlarını sel yuyub aparıb, üstündən qaz xətti keçir - VİDEO

13:27 06-08-2019 546

Astarada Şiyəkəran kənd sakinləri illərdir qəzalı vəziyyətdə olan körpüdən istifadə edirlər.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, sonuncu dəfə 26 il əvvəl əsaslı təmir edilən körpünün dayaqlarını yeddi il əvvəl sel yuyub aparıb.

Körpünün altından axan Pensərçay 5400 sakinin yaşadığı kəndi iki yerə bölür. Bələdiyyə torpaqlarının 70 faizinin yerləşdiyi əraziyə keçmək üçün isə qəzalı körpüdən istifadə etmək lazımdır.

Çay üzərində piyadalar üçün başqa iki keçid olsa da, məhz bu körpü nəqliyyat vasitələri üçün nəzərdə tutulub.

Körpünün üst hissəsi dəmirdən inşa olunub və korroziyaya məruz qalır. Digər narahatlıq doğuran məsələ isə körpünün üzərindən qaz xəttinin keçməsidir.

Sakinlər qəzalı körpünün tezliklə təmirini istəyirlər. 

Rövşən Mövlan