Azyaşlı qızları fahişəliyə cəlb edən qadın azadlığa buraxıldı

15:54 06-08-2019 360

Bakı Ağır Cinayətlər Məhkəməsində yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb etməkdə təqsirləndirilən 1989-cu il təvəllüdlü Aygün Xasməmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

HerGun.Az xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A.Xasməmmədovaya iki il sınaq müddəti təyin edilməklə şərti cəza verilib və o məhkəmə iclas zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Aygün Xasməmmədova barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.3-cü (insan alveri yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə iş başlanıb.

İş üzrə yetkinlik yaşına çatmayan iki qız zərərçəkən şəxs qismində tanınıb.