Ər dəhşəti - Qaynını öldürdü, arvadını bıçaqladı

23:45 20-06-2019 714

Bakının Suraxanı rayonunda bıçaqlanma baş verib, 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

HerGun.Az-ın xəbərinə görə, Yeni Suraxanı qəsəbəsində 35-40 yaşlarında olan Ərəsov Muşviq Etibar oğlu bacısının əri tərəfindən bıçaqlanıb. Ürəyindən iki bıçaq zərbəsi alan M.Ərəsov hadisə yerində ölüb.

Qətli törədən şəxs daha sonra həyat yoldaşı, 1991-ci il təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızına bıçaqla bir neçə dəfə xəsarət yetirib  

O, dərhal 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu