Rezidenturanın boş qalan yerlərinə qəbul elan edildi

16:45 06-08-2019 339

2019/2020-ci tədris ili üçün rezidenturanın boş qalan yerlərinə qəbul elan edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, rezidenturaya qəbul olanların qeydiyyatı başa çatıb. Boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək istəyən və ixtisas seçiminə buraxılmış namizədlər şəxsən Mərkəzə müraciət edə bilərlər.

Onlar avqustun 7 və 8-i saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməlidirlər.