Sabah bu ərazilər işıqsız qalacaq

18:00 06-08-2019 364

Sabah bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Bu barədə HerGun.Az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, 10 kv-luq “I Binəqədi hava elektrik verilişi xətti”ndə aparılan yenidənqurma işləri ilə əlaqədar avqustun 7-si saat 10:00-dan 15:30-dək Abşeron rayonu, AAAF Yaşayış massivi və Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bundan başqa, Pirşağı-Sumqayıt dəmir yolunun 35-ci km-də, Fatmayı yeraltı avtomobil yol keçidinin tikintisi ilə əlaqədar 110/35/6 kV-luq “136 saylı yarımstansiya”dan çıxan, Bağlar ETSİ-nin balansında olan 6 kV-luq hava xətti də şəbəkədən açılacaq.

Bu səbəbdən Fatmayı bağlarının bəzi ərazilərində də saat 11:00-dan 16:00-a qədər elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranacaq narahatlığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.

Könül Cəfərli