Vüqar Behbudovdan övladlığa götürmə ilə bağlı AÇIQLAMA

13:20 16-04-2021 327

Övladlığa götürmə prosesi də Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir. Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülmüş uşaqların, onları övladlığa götürməyi arzu edən şəxslərin Azərbaycan Respublikasının vətəndaşı olan, eləcə də olmayan şəxslərin vahid uçotu elektron qaydada aparılır.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov “Sosial saat” layihəsində çıxışı zamanı deyib.

O bildirib ki, övladlığa götürmənin əsaslandırılması və övladlığa götürülən uşaqların mənafeyinə uyğunluğu haqqında rəy Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən verilir:

“Bu proses tam şəkildə avtomatlaşdırılıb. Belə ki, vətəndaş müvafiq qaydada müraciət edir və əməkdaşlarımız bu müraciəti qiymətləndirir. Daha sonra müvafiq monitorinqlər həyata keçirilir”.

Könül Cəfərli