Bakıda qatar vuran gənclə bağlı araşdırma başladıldı - RƏSMİ

14:00 16-04-2021 395

Bu gün səhər saat 08:07 radələrində Bakı-Yalama elektrik qatarının vurduğu gənclə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma başladılıb. 

Bu barədə HerGun.Az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər.

Məlumata görə, hadisə bu gün Bakı-Yalama elektrik qatarı Keşlə stansiyası ərazisində hərəkətdə olarkən baş verib:

“1993-cü il təvəllüdlü İmişli rayon sakini Ələsgərov Pərvin Nizami oğlu qəflətən qatarın qarşısına çıxıb. P.Ələsgərov aldığı bədən xəsarətindən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı hüquq mühafizə orqanları araşdırma aparır”.

Könül Cəfərli