Bakıda hava şəraiti ilə əlaqədar bir sıra idman turnirləri və tədbirlər təxirə salındı

12:10 17-01-2019 18

Bakıda pis hava şəraiti ilə əlaqədar bir sıra idman turnirləri və tədbirlər təxirə salınıb.

HerGun.Az xəbər verir ki, bunu Media.Az-a açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbəri Raqif Abbasov deyib. 

Onun sözlərinə görə, bu gün və sabaha planlaşdırılan, eləcə də, açıq havada və bağlı məkanlarda keçirilən tədbirlər başqa tarixə keçirilib. 

“Gənclər və idman naziri Azad Rəhimovun göstərişinə uyğun olaraq, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi bir sıra idman turnirlərini və tədbirləri gələn həftəyə keçirib. 

Eyni zamanda, yanvarın 15-də paytaxtda start götürən futbol üzrə şəhər çempionatı, eləcə də, paytaxt arenasında keçirilməsi nəzərdə tutulan atletika turniri təxirə salınıb. Güman ki, turnir yanvarın 20-də baş tutacaq – Raqif Abbasov deyib. – Bundan başqa, 18 yanvar tarixində məktəblilər arasında bir sıra tədbirlər planlaşdırmışdıq. Bu tədbir də gələn həftəyə keçirilib. Ümumilikdə, hava şəraiti ilə əlaqədar təxirə salınmış tədbirlər çox deyil. Eyni zamanda, ölkədəki digər strukturlar kimi müvafiq tədbirlər görülür”. 

Əlavə edək ki, bu günlərdə Bakıdakı Respublika Şahmat Mərkəzində gənclər arasında beynəlxalq şahmat turniri keçirilir. Pis hava şəraiti ilə əlaqədar bu turnir də təxirə salınıb.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar