Göygöldə 56 yaşlı qadın intihar edib

19:00 16-04-2021 344

Göygöl rayonunda intihar hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Balçılı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1965-ci il təvəllüdlü Mahirə Ələsgərova yaşadığı evin həyətindəki qoz ağacından özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.