Şəhidimiz Ağstafada dəfn edildi - FOTO

20:40 16-04-2021 463

İtkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı aprelin 3-də Suqovuşan ərazisində mina partlayışı nəticəsində yaralanmış və bu gün şəhidlik zirvəsinə ucalmış Azərbaycan ordusunun əsgəri Bayramov İlkin Bayram oğlu dogma rayonu Ağstafada torpağa tapşırılıb.

Şəhidin dəfnin də rayon ictimaiyyətinin nümayəndələri, müxtəlif dövlət qurumlarının vəzifəli şəxsləri, hərbçi yoldaşları, yaxınları və rayon sakinləri iştirak ediblər.

Allah rəhmət eləsin!