Neymar PSJ ilə yeni müqavilənin şərtlərini razılaşdırıb - FOTO

00:00 17-04-2021 426

Braziliyalı hücumçu Neymar PSJ ilə yeni müqavilənin şərtlərini razılaşdırıb.

İdman jurnalisti Nikolo Skiranın yaydığı məmlumata əsasən, razılaşmaya görə, futbolçu ildə 30 milyon avro alacaq.

Yeni müqavilənin müddəti 2026-cı ilədək nəzərdə tutulub. Lakin onun bir il daha uzadılmaq imkanı var.

Jurnalistin sözlərinə görə, PSJ yaxın günlərdə razılaşma barədə rəsmi məlumat verəcək.