Putinin illik gəliri və əmlakı açıqlanıb

05:00 17-04-2021 351

Rusiya prezidenti Vladimir Putinin 2020-ci il üzrə gəlir bəyannaməsi dərc olunub.

TASS xəbər verir ki, sənəd Kremlin rəsmi saytında yerləşdirilib.

Bəyannaməyə əsasən, dövlət başçısı ötən il ərzində 10 milyon rubla yaxın (təxminən 225 min manat) qazanc əldə edib.

Onun əmlak siyahısı isə dəyişməyib. Hazırda Putinin mülkiyyətində 77 kv metrlik mənzil, 18 kv metrlik qaraj, iki ədəd QAZ M21 “Volqa”, “Niva” avtomobilləri və “Skif” qoşqusu var.

Bununla yanaşı, 153,7 kv metrlik mənzil və 18 kv metrlik qaraj sahəsi də hazırda prezidentin istifadəsindədir. Dövlət başçısının bütün əmlakı Rusiya ərazisindədir.

Qeyd edək ki, bugünədək Putinin ən yüksək gəliri 2017-ci ildə qeydə alınıb. Həmin il Rusiya prezidentinin qazancı 18.7 milyon rubl (təxminən 420 min manat) olub.