Əjdər Həmidov düşdüyü qəzadan danışdı

00:27 07-08-2019 359

Azərbaycanın Xalq artisti, aktyor Əjdər Həmidov Tovuz rayonunda zəncirvari qəzaya düşüb.
 
Baş vermiş hadisə ilə bağlı HerGun.Az-ın əməkdaşı Ə.Həmidovla əlaqə saxlayıb. 

Xalq artisti başına gələn qəzanı bu cür şərh edib:

"Vəziyyətim yaxşıdır. Qəza nəticəsində "Cherry" markalı avtomobilim əzilib. Amma özümə heç nə olmayıb. Hazırda Tovuzda dost-tanışla oturub çay içirəm, dincəlirəm".

Qeyd edək ki, "VAZ 2107" markalı avtomobillə "Mercedes Vita" və aktyor Əjdər Həmidovun idarə etdiyi "Cherry" markalı avtomobillər  toqquşub. VAZ 2107"-nin sürücüsü Nofəl Həsənzadə və "Mersedes" markalı avtomobilin sürücüsü Abdulla Hüseynov da xəsarət alıblar.