Bakıdakı yol qəzasında 25 yaşlı gənc yaralandı

03:54 07-08-2019 382

Nərimanov rayonunda 2 avtomobil toqquşub, 1 nəfər yaralanıb.

HerGun.Az-ın verdiyi xəbərə görə, hadisə 66 saylı orta məktəbin yaxınlığında baş verib.

İki minik avtomobilinin toqquşması nəticəsində sərnişin, 1994-cü il təvəllüdlü Məmmədov Həsən Rafiq oğlu yaralanıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona bədənin küt travması diaqnozu qoyulub.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu