Ana fəryad edir: “Oğlumun təcili qaraciyər nəqlinə ehtiyacı var” - FOTO

14:40 19-04-2021 22

On bir yaşlı İlya Dubrovin qaraciyər sirrozundan əziyyət çəkir və təcili olaraq transplantasiyaya ehtiyacı var.

Media.Az xəbər verir ki, həkimlər ailənin əməliyyata 45 min manat toplaması üçün cəmi iki ay vaxt veriblər.

“Təxminən iki həftə əvvəl uşağın ayaqları şişməyə başladı. Daha sonra bədəndə qəribə səpkilər meydana gəldi, qarında spazmlar başladı, qarın bölgəsi şişdi. Mən onun fotosunu pediatra göndərdim. Həkim bunun allergiyaya bənzədiyini deyərək məni sakitləşdirməyə çalışdı, ancaq təcili yardım briqadası çağırmağı təklif etdi”, - deyə ana Anna Dubrovina kədərli halda bildirib.

Onun sözlərinə görə, təcili yardım həkimləri İlyanı müayinə edərək bunun vaskulit olduğunu deyiblər və uşağın xəstəxanaya yerləşdirilməsini tövsiyə ediblər.

“Bizi Respublika Uşaq Klinik Xəstəxanasına gətirdilər. Vaskülitdən şübhələnən hematoloq bizi ultrasəs müayinəsinə göndərdi. Artıq orada uşağın qaraciyər problemi olduğu müəyyənləşdi”, - deyə uşağın anası qeyd edib.

Onun sözlərinə görə, uşaq Mərkəzi Klinik Xəstəxanada hepatoloqa yönləndirilib:

“Həkim bizi 1 000 manatdan baha olan analizlərə göndərdi.

Əlimdə belə bir məbləğ olmadığından pulun yalnız bir hissəsini ödəyə bildik. KT-dən sonra qaraciyər sirrozu və hepatit C diaqnozu qoyuldu. Proqnoz bizi məyus etdi.

Həkim deyir ki, cəmi iki ayımız var, bundan sonra təcili olaraq 45 000 manata başa gələcək qaraciyər transplantasiyası lazımdır. Ancaq bu məbləğə sahib deyiləm, uşağı təkbaşına böyüdürəm, uşaq bağçasında dayə işləyirəm, valideynlərim təqaüdçüdür, bu pulu əldə edəcək gəlir yerim yoxdur. İndi mənim üçün ən vacib şey uşağın həyatını xilas etməkdir”.

Ana bildirir ki, uşağa dərmanlar yazılsa da, vəziyyəti qeyri-sabitdir və vaxt tükənir:

“Bu pulu toplaya bilməməkdən çox qorxuram, uşağımı xilas etməyik üçün sizdən kömək istəyirəm”, - deyə o laqeyd olmayan bütün insanlara səslənib.

Ananın əlaqə nömrəsi: +994 77 314 37 57.

Bank kartı nömrəsi: Kapital Bank 4169 7413 6187 4546, ANNA DUBROVINA adına.