Peres UEFA-nı təhdid etdi: “Öz dünya kubokumuzu yarada bilərik”

15:00 19-04-2021 419

“Avropa Super Liqasının yaradılması ilə futbola hər səviyyədə yardım edəcək, dünyada futbolu düzgün nöqtəyə gətirəcəyik”.

“SporX”in məlumatına görə, bu sözləri Avropa Super Liqasının və Madridin “Real” klubunun prezidenti Florentino Peres deyib.

“Avropa Super Liqa klublarının oyunçularının 2022-ci il dünya kubokunda oynamasını qadağan etsələr, öz dünya kubokumuzu yaradarıq. Heç kim bunu problem etməsin”, - deyə F. Peres bildirib.