Gürcüstanda vaksinasiya üçün ilkin qeydiyyat platforması istifadəyə verilib

00:20 20-04-2021 22

Gürcüstanda koronavirusa qarşı vaksinasiya üçün ilkin qeydiyyat platforması istifadəyə verilib.

Ölkə KİV-də yayılan məlumatlara görə, 18 yaşdan yuxarı bütün vətəndaşlar saytdakı anketə şəxsi məlumatlarını əlavə etdikdən sonra peyvənd oluna biləcəklər.

Məlumata əsasən, vətəndaşlara “Pfizer”, “AstraZeneca” və “Sinopharm” vaksinləri arasında seçim etmək imkanı veriləcək.

Yaxın zamanda kütləvi vaksinasiyanın başlanılmasının elan ediləcəyi gözlənilir.

Qeyd edək ki, platformanın fəaliyyətə başladığı ilk saatlar ərzində artıq 12 min nəfər qeydiyyatdan keçib.

Xatırladaq ki, indiyədək Gürcüstanda 30 min nəfər COVID-19-a qarşı peyvənd olunub.