Biləsuvarda 14 nəfər sürücü inzibati məsuliyyətə cəlb edilib

01:20 20-04-2021 22

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “Təmiz hava” aylığı ilə əlaqədar reyd keçirilib.

“Report” xəbər verir ki, reydin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

Reyd zamanı ümumilikdə 14 nəfər sürücü inzibati məsuliyyətə cəlb edilib.