“Tesla”nın sürücüsüz avtomobilinə minənlər həyatını itirdi

04:00 20-04-2021 28

ABŞ-ın Texas ştatında “Tesla”nın sürücüsüz elektrik avtomobilində meydana gələn qəzada iki nəfər ölüb.

Bu barədə “The Wall Street Journal” hüquq-mühafizə orqanlarına istinadla xəbər yayır.

Belə ki, elektrik avtomobili yüksək sürətlə ağaca çırpılıb. Bundan sonra “Tesla” alovlanıb, yanğın təxminən dörd saata söndürülüb.

Nəticədə avtomobildəki iki nəfər ölüb.

“İlkin istintaq hələ başa çatmayıb, lakin avtomobili heç kimin idarə etmədiyinə işarə edir. Buna 99 faiz əminik”, - deyə polis məmuru Mark Herman qeyd edib.

“Tesla” heç bir qəzetin sorğusuna cavab verməyib.